Volqa-Don kanalında 10 saylı şlüzün sıradan çıxması ilə nəticələnən qəza Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin bu kanaldan keçməsinə təsir göstərməyib. Bu barədə Trend ə Xəzər Dəniz Gəmiçiliyindən məlumat verilib.
"Hazırda kanalda gəmiçiliyin gəmiləri yoxdur. Onların çoxu artıq Qara dənizə gedib və geri qayıdıb", - deyə Xəzər Dəniz Gəmiçiliyindən bildirilib. Bu il Azərbaycan RF-nin daxili sularından keçmək üçün 25 icazə alıb.
Sentyabrın 20-də Volqa -Don kanalının 10 saylı şlüzündə sahibi "Naviqator" MMC olan, Qafqaz-Saratov reysi ilə hərəkət edən "Sankt- Peterburq" tankerinin (ölçüləri: uzunluğu - 141 metr, eni 16.9 metr, suya oturma dərəcəsi - 3 metr) şlüzdən keçirilməsi zamanı qəza baş verib və nəticədə şlüz sıradan çıxıb.
Şlüzün darvazaları öz-özünə açılıb, su ilə dolma nəticəsində tanker dalğa ilə burazlardan qoparılıb və şlüzün aşağı hissəsindəki darvazalara tərəf atılıb, sonra gəmi geriyə atılıb və forştevenlə şlüzün yuxarı hissəsində dəmir-beton söndürücünün üzərinə düşüb. Nəticədə şlüzün qurğuları zədələnib, həmçinin tanker də xəsarət alıb.
Şlüzün təmir müddəti təxminən 3 sutkadır.