Sentyabrın 22-dən 23-nə keçən gecə Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Novruz Eyyubovun idarə etdiyi "İveko" markalı və Şəmkir rayon sakini Cəlal Məhərrəmovun idarə etdiyi "VAZ-21063" markalı avtomaşınlar toqquşub. Nəticədə "VAZ-21063" markalı avtomaşında olan sərnişinlər Aybəniz Məhərrəmova və Nailə Məhərrəmova hadisə yerində ölüb. Bakı şəhər sakinləri Fuad Qırxalov və Kəmalə Orucova isə bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Xətai rayonu ərazisində Buzovna qəsəbə sakini Maşallah Qafarov "Mersedes-180" markalı avtomaşınla piyada Qəhrəman Orucovu vurub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatanı xilas etmək mümkün olmayıb.
Qaradağ rayonu ərazisində isə Cəlilabad rayon sakini Sakit Əhmədov "KamAZ-5511" markalı avtomaşını aşırıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Qeyd olunan yol qəzaları ilə əlaqədar araşdırmalar aparılır.