...

Bakıda MDB Şurasının bitkilərin mühafizəsi üzrə iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2006 13:57 (UTC +04:00)

Bakıda bitkilərin karantini və mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatı (European and Mediterranean Plant Protection Organization EPPO) MDB Şurasının XIII konfransı keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında dövlət fitosanitar xidmətin rəisi müavini Elməddin Eyvazovun Trend ə verdiyi məlumata görə, oktyabrın 9-13-də keçiriləcək tədbirdə EPPO-ya üzv olan 16 ölkədən mütəxəssislərin,

Azərbaycan tərəfdən isə başda kənd təsərrüfatı naziri İsmət Abbasov olmaqla nazirlik və fitosanitar xidmət mütəxəssislərinin iştirakı gözlənilir.

Mənzil qərargahı Fransada yerləşən EPPO QHT (Organisation Europeenne et Mediterraneenne pour la protection des plantes) 1951-ci ildə 15 Avropa ölkəsi tərəfindən yaradılıb. Hazırda bu rəqəm demək olar ki, bütün Avropa və Aralıq dənizi regionu ölkələri də daxil olmaqla 48-ə bərabərdir. Təşkilatın fəaliyyətində əsas məqsəd bitkiləri mühafizə etmək, təhlükəsizlik və effektiv nəzarət metodlarını təmin etmək üçün təhlükəli ziyanvericilərin yayılmasına qarşı beynəlxalq strategiyaları inkişaf etdirməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti