...

Azərbaycan şirkətlərinin BİHE 2006-da iştirakı 25% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2006 17:04 (UTC +04:00)

Azərbaycan şirkətlərinin "Səhiyyə" BİHE 2006 12-ci Azərbaycan Beynəlxalq sərgisində iştirakı 25% artıb. Trend xəbər verir ki, bu barədə bugünkü mətbuat konfransında İteca Caspian-ın sərgi üzrə meneceri Samirə Teymurova bildirib.

Onun sözlərinə görə, bu il, 2005-ci illə müqayisədə, sərginin sahəsi 35% artıb. Sərgidə dünyanın 22 ölkəsindən 140 şirkətin iştirak edəcəyi gözlənilir. Sərginin 25% ekspozisiyaları ilk dəfə Azərbaycan bazarına çıxan yeni şirkətlərdən ibarətdir.

Bu il sərgidə ilk dəfə Koreya, Bolqarıstan, Yaponiya, dərman istehsalçıları, stamotoloji, cərrahlıq alətləri və digər tibb xidmətlərini təqdim edəcək Pakistanın milli qrupu iştirak edir.

Sərgidə aşağıdakı bölmələr nümayiş etdiriləcək: Farmakologiya, tibbi laboratoriya avadanlığı, oftalmologiya və optika, sağlamlıq və gözəllik, diaqnostika, gigiyena və epidemiologiya və b.

Bundan əlavə, həmin vaxt ilk ayrıca sərgi - Stomatology Azerbaijan 2006 təşkil edilib, sərgidə dünyanın 12 ölkəsindən 35 şirkətin iştirak edəcəyi gözlənilir. Sərgilər sentyabrın 26-dan 29-a qədər Heydər Əliyev adına idman-konsert kompleksində keçiriləcək.

BİHE sərgisi çərçivəsində sentyabrın 29-da "Stomatologiyanın aktual problemləri" mövzusunda ilk stomatoloji sərgiyə həsr olunmuş illik konfrans keçiriləcək. Konfransda Bakı, Azərbaycan bölgələri, Gürcüstan, Rusiya, Türkiyə, Almaniya və İsraildən 120-dən artıq qabaqcıl mütəxəssislər (stomatoloqlar, çənə-üz cərrahları, digər yaxın elmlərin mütəxəssisləri) iştirak edəcək. Konfrans Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloqlar Assosiasiyası, Əziz Əliyev adına Həkimlərin təkmilləşdirilməsi institutu, Azərbaycan peşəkar ortodontlar birliyinin rəsmi dəstəyi ilə keçiriləcək.

Sərginin özü rəsmi surətdə Azərbaycan Səhiyyə Nazirliyi, Ticari-Sənaye Palatası, İxrac və sərmayələrin təşviqi fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Stomatologiya Assosiasiyası və TÜSİAB- Azərbaycan-Türkiyə Beynəlxalq İstehsalçılar və İş Adamları Birliyi tərəfindən dəstəklənir.

Xəbər lenti

Xəbər lenti