...

Belorusiya Azərbaycanla gömrük sazişini təsdiq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2006 18:16 (UTC +04:00)

Belorusiya parlamentinin payız sessiyasında Belorusiya və Azərbaycan hökümətləri arasında gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin təsdiqi nəzərdə tutulub. Trend xəbər verir ki, bu barədə Belorusiya Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunub.

Saziş gömrük cinayətləri və inzibati hüquq pozuntularının aradan qaldırılması və daha uğurla açılmasında iki ölkənin gömrük orqanlarının qarşılıqlı əlaqəsinə yardım edəcək. Sənədin normaları qaçaqmalçılıq, narkotik vəsaitlərin, psixotrop maddələrin, həmçinin tarixi və bədii dəyərə malik əşyaların qanunsuz dövriyyəsi kimi əməllərlə mübarizədə yardım göstərəcək. Bu müqavilə həmçinin gömrük ödəmələri, vergilərin daha dəqiq əlavə edilməsini təmin edəcək.

Sənəddə müəyyən olunub ki, tərəflər gömrük qanunvericiliyinin pozulmasında şübhəli bilinən şəxslər haqqında məlumat mübadiləsi də daxil olmaqla, bir-birinə lazımi informasiya, texniki yardım göstərəcək. İnformasiya mübadiləsi sorğu üzrə həyata keçiriləcək. Razılaşmaların yerinə yetirilməsi zamanı səlahiyyətli gömrük orqanları bir-biri ilə münasibətdə rus dilindən istifadə edirlər.

Belorusiya-Azərbaycan müqaviləsinin qüvvəyə minməsi beynəlxalq əməkdaşlığın hüquqi bazasını genişləndirəcək və bu, iki dövlətin iqtisadi maraqlarının müdafiəsi üzrə məsələlərin yerinə yetirilməsinə təsir edəcək.

Xəbər lenti

Xəbər lenti