Azərbaycan RF və Gürcüstan arasında yaranmış problemləri nəzərə alaraq, Rusiyadan gələn aviareyslərin sayını artırmaq fikrində deyil. "AZAL dövlət konserninin reyslərinin sayı əvvəlki səviyyədə qalır. Həmçinin sərnişinlərin kəskin surətdə artması da müşahidə olunmur", - deyə Dövlət Konsernindən Trend ə məlumat verilib.
Rusiya və Gürcüstan arasında yaranmış siyasi problemlər nəticəsində Rusiya Gürcüstanla hər hansı nəqliyyat əlaqəsinin həyata keçirilməsini dayandırıb.