...

Monitorinqin nəticələrinə görə Azərbaycanda "quş qripi" aşkar edilməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2006 16:51 (UTC +04:00)

Azərbaycanda "quş qripi" virusunun qarşısının alınması üzrə tədbirlər çərçivəsində sentyabrın sonunda aparılmış monitorinqin nəticələri ölkə ərazisində bu xəstəliyin hər hansı əlamətinin aşkar olunmadığını göstərib. Trend in Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinə istinadən xəbər verdiyi kimi, monitorinq zamanı patoloji material, o cümlədən 43 çöl quşunun cəmdəyi və müxtəlif quşçuluq müəssisələri və fərdi təsərrüfatlardan götürülmüş 3374 baş quşun qan nümunələri əsasında ekspertiza aparılıb.

Bundan başqa, Abşeron ərazisində, Şirvan və Ağgöl Milli parklarında və Qızılağac dövlət qoruğunda aparılmış monitorinq zamanı quşlar arasında ölüm halları müşahidə edilməyib.

Xəbər lenti

Xəbər lenti