...

Üç ay ərzində ABB –a qoyulan əmanətlərin həcmi 15,5 mln. AZN artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2006 18:38 (UTC +04:00)

1 sentyabra olan vəziyyətə görə, fiziki şəxslərin Azərbaycan Beynəlxalq Bankına qoyduqları əmanətlərin ümumi məbləği 170,788 mln. AZN təşkil edib, əmanətçilərin sayı isə 23 018 nəfərə çatıb. Trend ABB-in məlumatına istinadən xəbər verir ki, fiziki şəxslər üçün əmanətlər üzrə yeni faiz dərəcələrinin tətbiqi ilə iyunun 1-dən avqustun 31-dək bankın əmanətçilərinin sayı 1580 nəfəri, cəlb olunmuş vəsaitlərin ümumi məbləği isə - 15,5 mln. AZN-i ötüb.

1 iyun 2006-cı ildən etibarən ABB fiziki şəxslərin əmanətləri üzrə illik 19% gəlir əldə etmək imkanı ilə yeni faiz dərəcələri qəbul edib, həmçinin, ölkənin bank sistemi tarixində ilk dəfə olaraq, əhaliyə 5 ilə qədər müddətə əmanət qoymaq imkanı verib.

Bu gün Beynəlxalq bank əmanətin məbləğindən asılı olaraq, müştərilərinə 8 növdə əmanət və kredit xəttini almaq imkanı ilə müxtəlif növdə plastik kartlar təklif edir.

Xəbər lenti

Xəbər lenti