...

İki ildən sonra Azərbaycan yalnız BYİB kreditlərini əldə edə biləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2006 19:09 (UTC +04:00)

Dünya Bankının (DB) direktorlar şurası oktyabrın sonunda Azərbaycanla bankın tərəfdaşlıq strategiyasını (2006-09-cü illər) nəzərdən keçirmək niyyətindədir. Trend DB-nin Bakıdakı nümayəndəliyinin başçısı Qreqori Yeceyçaka istinadən xəbər verir ki, sənədin qiymətləndirilməsi zamanı onun dəyəri, layihələr kimi, əvvəlki səviyyədə - $1,2 mlrd. səviyyəsində qalıb.

Strategiya çərçivəsində bank maliyyələşdirməni iki xətt ilə - Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) kreditləri hesabına həyata keçirmək niyyətindədir. "İlk iki ildə DB ölkəyə BİA xətti ilə güzəştli kredlitlər ayırmaqda davam edəcək, lakin sonrakı illərdə Azərbaycanın iqtisadi inkişafı nəzərə alınmaqla ölkə yalnız BYİB-dən kreditlər ala biləcək", - deyə ölkə üzrə menecer bildirib.

2007-ci il üçün bank BİA xətti ilə $79,4 mln. dəyərində güzəştli kreditin ayrılmasını təsdiqləyib. Vəsaitin qalan hissəsi isə BYİB-dən alınacaq.

Xəbər lenti

Xəbər lenti