...

Beynəlxalq maliyyə təşkilatı "Unibank"a kredit xətti ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2006 16:44 (UTC +04:00)

"Unibank"ın məlumatına istinadən Trend xəbər verir ki, bank Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) dünya ticarətinin maliyyələşdirilməsi üzrə Proqramının - GTPF (Global Trade Finance Program) iştirakçısı olub.

Proqram çərçivəsində "Unibank"a ticari maliyyələşdirmə üçün ümumi dəyəri $1,5 mln. olan müddətsiz revolver kretit xətti ayrılıb. Həmin xəttin vəsaiti hesabına "Unibank" ixrac-idxal layihələrinin sənədləşdirmə əməliyyatlarının təsdiqini həyata keçirəcək. Kredit xətti çərçivəsində bir il müddətinə nəzərdə tutulmuş layihələr maliyyələşdiriləcək. Lakin "Unibank"a ümumi məbləği $500 min olan 18 ay müddətinə nəzərdə tutulmuş layihələri maliyyələşdirmək imkanı da verrilib.

BMK-dan maliyyə yardımının alınması bankın dünya kapital bazarından vəsait alınması üzrə yürütdüyü siyasətin fəal həyata keçirilməsinə dəlalət edir. Bir qədər əvvəl isə "Unibank"a zəmanətlərin və akkreditlərin təsdiqi üçün ümumi məbləği $1,5 mln. olan kredit xətti Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən ayrılıb. Bu zaman BMK-nın yeni kredit xətti vəsaitləri "Unibank"ın bu növ maliyyələşdirməni həyata keçirməsi ilə bağlı təcrübəsini genişləndirməyə yardım etməlidir.

Xəbər lenti

Xəbər lenti