...

"Bank of Baku" "100 manata accent" adli depozit kampaniyasinin 2-ci qalibini müəyyən etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2006 17:30 (UTC +04:00)

Cari il oktyabr ayının 6-sı saat 21:30-da SPACE TI-nin canlı yayımında "Bank of Baku" "100 manata Accent" adlı depozit kampaniyasının növbəti oyununu keçirib və "Hyundai Accent" avtomobilinin 2-ci qalibini müəyyən edib. Bu barədə Trend "Bank of Baku"-nun press-relizinə istinadən xəbər verir.

Bu dəfə 2-ci Hyundai Accent avtomobilini qazanan 102994 saylı kuponun sahibi G.A.Pənahova olub.

Uduş prosesinin obyektivliyini təmin etmək məqsədilə bank tərəfindən Trend Analitik İnformasiya Agentliyi, "Consulting&Business" jurnalı, Azərbaycan Marketinq Cəmiyyəti, MBASK sığorta şirkəti və BP şirkətinin nümayəndələrindən ibarət komissiya təşkil olunub.

Tədbirin sonunda bank nümayəndəsi sonuncu 3-cü uduşun noyabr ayının 10-u 21:30-da SPACE TI-nin canlı yayımında keçirilməsi barədə məlumat verib.

Xatırladaq ki, kampaniyanın uduş fondu 3 ədəd Hyundai Accent avtomobilindən ibarətdir. Onlardan ikisi isə artıq öz xoşbəxt sahiblərini tapiblar.

Xəbər lenti

Xəbər lenti