...

"Azərbaycan Beynəlxalq Bankı - Moskva" MMC 300 mln. rubl məbləğində sindikatlaşdırılmış kredit alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2006 15:25 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı - Moskva" MMC sindikatlaşdırılmış kreditin alınması barədə kredit sazişi imzalayıb. Kredit üzrə aparıcı təşkilatçılar "Rayffayzenbank Avstriya" QSC, "Rayffayzen Sentralbank Avstriya AQ" və "QAZPROMBANK" qaz sənayesi səhmdar bankıdır (qapalı səhmdar cəmiyyəti). "Tred"in "Rayffayzenbank Avstriya"nın bu gün yaydığı məlumatına istinadən xəbər verdiyi kimi, kreditin məbləği 300 mln. rubl təşkil edir.

12 aya nəzərdə tutulmuş kreditin müddəti, kredit sazişinə əsasən, növbəti 12 ay müddətinədək (kreditorların razılığı əsasında) uzadıla bilər. Kredit üzrə faiz dərəcəsi illik MosPrime + 3% təşkil edir.

2006-cı ilin 2-ci kvartalının nəticələrinə əsasən, "Rayffayzenbank Avstriya" QSC aktivlərinin həcminə görə Rusiyanın iri bankları arasında 8-ci yeri tutur. Bu gün bankın Moskvada 19 bölməsi, Sankt-Peterburqda 5 bölməsi, Yekaterinburq, Samara, Novosibirsk, Çelyabinsk, Nijni Novqorod, Krasnodar və Krasnoyarskda regional filialları fəaliyyət göstərir. 2006-cı ilin 2-ci kvartalının yekunlarına əsasən "Rayffayzenbank" korporativ kredit portfelinin həcminə görə 9-cu yeri tutur.

"Rayffayzenbank Avstriya" QSC "Rayffayzen İnternasional Bank-Holdinq AQ" (Rayffayzen İnternasional) - Mərkəzi və Şərqi Avropada 16 bazarda törəmə bankları və lizinq şirkətlərini idarə edən holdinqin törəmə qurumudur. 2 700-dən çox şöbədə 10 mln. müştəriyə xidmət göstərilir. "Rayffayzen İnternasional" "Rayffayzen Sentralbank Avstriya AQ"nin tam konsolidasiya olunmuş törəmə qurumudur. Holdinqin 70 faiz adi səhmi "Rayffayzen Sentralbank Avstriya AQ"yə məxsusdur, qalan 30 faiz isə sərbəst dövriyyədədir və Vyana Fond Birjasında satılır. "Rayffayzen Sentralbank Avstriya AQ" - "Rayffayzen" qrupunun baş bankı aparıcı korporativ və investisiya bankıdır və Avstriyada, eləcədə Mərkəzi və Şərqi Avropada liderlik edən bankdır.

Xəbər lenti

Xəbər lenti