...

Azərbaycanın BakuBild- 2006 sərgisi 35% genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2006 17:07 (UTC +04:00)

BakuBild-2006 - Azərbaycanın ən böyük tikinti sərgisi 20 ölkədən 210 şirkəti birləşdirərək, 2005-ci illə müqayisədə ekspozisiyalarının sahəsini 35% artırıb. Trend xəbər verir ki, bu barədə bu gün sərgi təşkilatçıları mətbuat konfransında məlumat veriblər.

Sərgi oktyabrın 11-də Heydər Əliyev adına İdman-sərgi kompleksində öz işinə başlayacaq.

Sərgidə iştirak edən şirkətlərin təxminən 40%-i ilk dəfədir ki, Azərbaycan bazarına çıxır. Fransa, Sloveniya və Koreya məhsulları ilk dəfə nümayiş olunacaq.

Rusiya, Ukrayna, Belorus və Qazaxıstanın Azərbaycana böyük marağı var. 40 türk şirkəti öz məhsul və xidmətlərini təqdim edəcəklər. Sərginin təxminən 65% sahəsini yerli şirkətlər tutacaq. Onlar bu il öz ekspozisiya sahələrini xeyli artırıblar. Ötən illə müqayisədə yerli şirkətlərin iştirakı 30% artıb.

Sərginin işlədiyi dörd gün ərzində tikinti və bəzək materialları, avadanlıqlar, pəncərə və qapılar, keramika və santexnika, sauna və basseynlər təqdim olunacaq.

Sərgi təşkilatçıları qismində Britaniyanın İTE Group və onun Qafqazdakı tərəfdaşı İTE Group plc. şirkəti çıxış edir. Sərgiyə rəsmi dəstəyi Azərbaycanın İİN, Bakı şəhəri İcra hakimiyyəti və b. göstərir.

Sərgi ilə birgə dördüncü Azərbaycan mebel, interyer və dizayn sərgisi, eləcə də birinci Azərbaycan daşınmaz əmlak sərgisi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti