...

Gürcüstan parlamenti Azərbaycana olan borcunun ödənilməsi haqqında sazişi təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2006 12:51 (UTC +04:00)

Gürcüstan parlamenti Azərbaycana olan borcunun ödənilməsi haqqında sazişi təsdiq edib. Saziş parlamentdə 127 səslə yekdilliklə qəbul olunub. Bu barədə Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir.

Borcun ödənilməsi restrukturlaşdırma qrafiki əsasında xalis pullarla həyata keçiriləcək. Gürcüstanın Azərbaycana olan borcunun ümumi məbləği 16189573 ABŞ dolları təşkil edir.

Yeni varianta görə, borcun 3,239 ABŞ dolları həcmində hissəsi 2007-ci ildə ödənilməyə başlanmalı və 2021 -ci ilin sonuna qədər tamamlanmalıdır.

Bundan əlavə, borcun 2,7 mln. ABŞ dolları həcmində hissəsi həmin sazişin qüvvəyə minməsindən dərhal sonra ödənilməyə başlayacaq. Borcun bu hissəsinin ödənilməsi 2 mərhələdə həyata keçiriləcək və 2006-cı ilin sonuna qədər tamamlanmalıdır.

Borcun yerdə qalan üçdə bir hissəsinin ödənilməsi 2010-cu ildə başlayacaq və 2025-ci ildə başa çatacaq. Borc faizləri ildə 3%-ə bərabər olacaq. Bu borc 1992-1994-cü illərdə ticarət əməliyyatları nəticəsində yaranıb.

Xəbər lenti

Xəbər lenti