...

8 ay ərzində Azərbaycan bankları tərəfindən cəlb olunmuş vəsaitlərin artımı 35,13% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2006 17:30 (UTC +04:00)

Azərbaycan Milli Bankının (AMB) məlumatına əsasən, 2006-cı il sentyabr ayının 1-nə banklar tərəfindən cəlb olunmuş depozit və əmanətlərin cəmi 8 ay ərzində 35,13% artaraq 1749,1 mln. manat təşkil edib. Trend in AMB-nin məlumatına istinasdən xəbər verdiyi kimi, bunun 449,7 mln. manatı və ya 25,7 faizi milli valyuta ilə, 1299,5 mln. manatı və ya 74,3 faizi isə xarici valyuta ilə cəlb olunub.

İlin əvvəlindən bəri fərdi müştərilərin əmanətləri 35,1 % artaraq 1112,1 mln. manata çatıb, korporativ müştərilərin depozitləri isə 668,4 mln. manat (40,15%) olub.

Hesabat dövrü ərzində depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyuta ilə 11,03 faiz (hüquqi şəxslərdən-8,99% ilə, fiziki şəxslərdən-12,11% ilə), xarici valyuta ilə 11,06 faiz (hüquqi şəxslərdən-6,73% ilə, fiziki şəxslərdən-11,47% ilə) olub.

Banklar tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsi milli valyuta ilə 16,31 faiz (hüquqi şəxslərə-14,89%, fiziki şəxslərə-19,95%), xarici valyuta ilə 17,15 faiz (hüquqi şəxslərə-15,05%, fiziki şəxslərə-21,56%) olub. Banklararası kreditlər üzrə orta faiz dərəcəsi milli valyuta ilə 16,92 faiz, xarici valyuta ilə 12,43 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti