...

Azərbaycanda 4 min ton tütün yığılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2006 16:00 (UTC +04:00)

Azərbaycanda oktyabrın 1-nə qədər yığılan tütün yarpaqlarının həcmi 4 min ton təşkil edib, bu isə ötən ilin həmin dövrü ilə müqayisədə 2 min ton azdır. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Tütünün ümumi əkin sahəsi 1826 hektar təşkil edib. Bölgələrdə yığım işləri hələ də davam edir.

2006-cı il üçün tütün yarpaqlarının yığımı üzrə proqnoz 5 min ton həcmində müəyyənləşdirilib.

2005-ci ildə ölkədə tütün yarpaqlarının istehsal həcminin göstəricisi 7 min tondan artıq təşkil edib.

Azərbaycanda tütün yarpaqları əsasən Zaqatala, Şəki, Qax, Qəbələ və Balakənin də daxil olduğu Şəki-Zaqatala iqtisadi rayonunun ərazisində istehsal olunur.

Xəbər lenti

Xəbər lenti