...

Moldova hökuməti Azərbaycan iş adamlarını III investisiya forumuna dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2006 12:24 (UTC +04:00)

Moldova hökuməti Azərbaycan iş adamlarını oktyabrın 27-də Kişinyovda keçiriləcək III beynəlxalq investisiya forumuna dəvət edir. Bu barədə Trend ə Moldovanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Moldovanın investisiya imkanlarına həsr olunmuş forum ölkə prezidenti Vladimir Voroninin himayəsi altında keçiriləcək. Forumda Moldova hökuməti investisiya layihələrini təqdim edəcək, o cümlədən gələcəkdə Avropa bazarına çıxışı təmin edəcək bir sıra müxtəlif iqtisadi layihələr təklif olunacaq.

Forumu Moldova prezidenti V.Voronin və iqtisadiyyat və ticarət naziri E. Dodon açacaq. Bundan başqa baş nazir V.Tarlevin, Avropa Komissiyası, Beynəlxalq Valyuta Fondu, Avropa Birliyi və digər beynəlxalq təşkilat və maliyyə institutları nümayəndələrinin çıxışları gözlənilir.

Səfirlik artıq Azərbaycan hökumətinə və işguzar dairələrə forumda iştirak etmək üçün dəvət ünvanlayıb.

Xəbər lenti

Xəbər lenti