...

Azərbaycanın Dövlət Baytarlıq Xidməti Araz çayının sahilində monitorinq keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2006 18:35 (UTC +04:00)

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti oktyabrın 19-dan 25-dək Araz çayının sahilində vəhşi quşların tələf olmasını aşkar etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının (NMR) Kənd Təsərrüfatı Nazirliyi yanında baytarlıq xidmətinin və muxtariyyatın Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin iştirakı ilə monitorinq keçirib.

Trend dövlət xidmətinə istinadən xəbər verir ki, monitorinq zamanı quşların tələf olma faktı aşkar edilməyib.

Bütün sərhəd ərazisi həm sərhədçilərin, həm də yerli baytarlıq xidməti orqanlarının nəzarəti altındadır.

Bundan başqa, hələ quşlar həmin əraziyə köçməyə başlamayıb və hazırda quşların tələf olması halları müşahidə edilə bilməz.

Xəbər lenti

Xəbər lenti