...

Statistika Komitəsi məlumatların bölüşdürülməsi üzrə xüsusi standartlara qoşulmaq üçün BVF-in qiymətləndirməsinə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2006 15:09 (UTC +04:00)

Azərbaycan Dövlət Statistika Komitəsi ölkənin BVF məlumatlarının bölüşdürülməsi üzrə xüsusi standartlarına qoşulması üzrə ekspert qiymətləndirilməsinin həyata keçirilməsi üçün Beynəlxalq Valyuta Fonduna (BVF) lazımi sənədləri təqdim edib. Bu barədə Trend xəbər verir. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib ki, fonda cədvəllər, statistik məlumatların bildirilməsi təqvimi təqdim olunub. Hazırda BVF onları öyrənir və 2007-ci ilin aprel ayında onun ekspertlərinin Bakıya səfəri gözlənilir.

Azərbaycanın BVF-in xüsusi standartlarına qoşulması üçün ölkə bütün tələbləri və maksimal şəkildə bütün metodik məlumatları yerinə yetirməli və göstəricilər Fondun standartlarına cavab verməlidir.

Bu iş üzrə koordinatorlar Maliyyə Nazirliyi, Azərbaycan Milli Bankı və Dövlət Statistika Komitəsidir.

Təxminən iki-üç il bundan əvvəl Azərbaycan BVF məlumatlarının bölüşdürülməsinin ümumi standartlarına qoşulub.

Xəbər lenti

Xəbər lenti