Bu həftədən etibarən Gəncə Avtomobil Zavodu Çin texnologiyası ilə yığılan avtomobillərin satışına başlayır. Məlumatı Trendə zavodun direktoru Xanlar Fətiyev verib. Onun sözlərinə görə, bu günədək zavodun yeni yaradılan yığım sexində 18 avtomobil yığılaraq sınaqdan keçirilib. Fətiyev əlavə edib ki, 6 modeldən ibarət orta tonnajlı avtomobillər müxtəlif qiymətlərə satılacaq.
"Bu avtomobillərin qiymətləri 7700 AZN-dən 10 000 AZN-ə qədər olacaq. Mən ümidvaram ki, bizim zavodun yük avtomobilləri və mikroavtobusları çox tezliklə Azərbayjan bazarında öz yerini müəyyənləşdirəcək. Çünki bu avtomobillər bizim respublikanın relyefinə çox uyğundur" Xanlar Fətiyev belə deyib.
Zavod direktorunun sözlərinə görə, artıq bir çox müəssisə və vətəndaşlar buraxılan avtomobillərlə maraqlanıblar. "GAZ sifarişçinin istəyini nəzərə alaraq həmin avtomobilləri istənilən formada və dizaynda olan kuzovlarla istehsal etməyə qadirdir" - deyə Fətiyev bildirib.