...

Bakıda İordaniyanın investisiya imkanları təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2006 15:07 (UTC +04:00)

Noyabrın 6-dan 8-dək İordaniya Haşimilər Krallığının baş naziri Maruf Əl Vahidin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri gözlənilir. Trend in Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin məlumatına istinadən xəbər verdiyi kimi nümayəndə heyətinin tərkibində İordaniyanın işgüzar şəxsləri də təmsil olunacaq. Səfər çərçivəsində hər iki ölkənin işgüzar şəxslərinin iştirakı ilə keçiriləcək sərgidə İordaniya şirkətlərinin mal və xidmətləri nümayiş etdiriləcək. Tədbirdə qida məhsulları istehsalı, tikinti, sənaye, əczaçılıq və digər sahələrdə ixtisaslaşan 40-dan çox şirkətin iştirakı gözlənilir. Biznes-forumda Azərbaycan və İordaniyanın investisiya imkanlarının təqdimatı keçiriləcək. Biznes-forumun yekunları üzrə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu və İordaniyanın Sahibkarlığın İnkişafı Korporasiyası, o cümlədən hər iki ölkənin ticarət-sənaye palataları arasında əməkdaşlıq haqqında protokol imzalanacaq.

Xəbər lenti

Xəbər lenti