...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı (30 oktyabr-3 noyabr)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2006 17:46 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi, Azərbaycan Milli Bankının müəyyən etdiyi kimi, 0,0002bənd (0,02%) möhkəmlənib. Ötən həftə 1 ABŞ dollarına görə orta məzənnə 0,8732 manat səviyyəsində müəyyən olunub.

Trend xəbər verir ki, ötən həftə dolların manata nisbətdə maksimal məzənnəsi oktyabrın 30 və 31-də (1 ABŞ dollarına görə 0,8733 manat), minimal məzənnə isə noyabrın 2-3-də (1 ABŞ dollarına görə 0,8731 manat) müəyyənləşdirilib.

ABŞ dollarına nisbətən manatın rəsmi məzənnəsi

23oktyabr

-

30oktyabr

0,8733

24oktyabr

-

31oktyabr

0,8733

25oktyabr

0,8734

1 noyabr

0,8732

26oktyabr

0,8734

2 noyabr

0,8731

27oktyabr

0,8735

3 noyabr

0,8731

Həftə ərzində orta

0,87343

Həftə ərzində orta

0,8732


Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi, Bakı Banklararası valyuta birjasındakı hərraclar nəticəsində müəyyən olunduğu kimi, 0,0005 bənd (0,05%) azalıb. Orta məzənnə 1 ABŞ dollarına nisbətdə 0,87238 manat səviyyəsində müəyyənləşdirilib.

Ötən həftə dolların manata nisbətdə maksimal məzənnəsi noyabrın 3-də (1 ABŞ dollarına görə 0,8728 manat), minimal məzənnə isə - oktyabrın 31-i-noyabrın 1-də (1 ABŞ dollarına görə 0,8722 manat) müəyyənləşdirilib.

30 oktyabrda BEST-də $47,7 mln. (orta mübadilə məzənnəsi - 0,8723 AZN/USD), 31 oktyabrda - $8,59 mln. (məzənnə - 0,8722 AZN/USD), 1 noyabrda - $0,11 mln (məzənnə - 0,8722 AZN/USD), 2 noyabrda - $0,8 mln (məzənnə - 0,8724 AZN/USD) və 3 noyabrda - $28,15 mln. (məzənnə - 0,8728 AZN/USD) dəyərində sövdələşmələr aparılıb.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

23oktyabr

-

30oktyabr

0,8723

24oktyabr

-

31oktyabr

0,8722

25oktyabr

0,8722

1 noyabr

0,8722

26oktyabr

0,8719

2 noyabr

0,8724

27oktyabr

0,8725

3 noyabr

0,8728

Həftə ərzində orta

0,8722

Həftə ərzində orta

0,87238

Ötən həftə ərizələrin olmaması ilə əlaqədar Rusiya (RUB/AZN) və Avropa (EUR/AZN) (T+1) valyutaları ilə sövdələşmə aparılmayıb.

Ancaq noyabrın 3-də EUR/AZN T+0 aləti üzrə 22 272 AZN-ə bərabər həcm qeydə alınıb. Orta məzənnə 1 EUR-a nisbətdə 1,1136 AZN təşkil edib.

Həmin dövrdə özəlləşdirmə çeklərinin qiyməti sabit olub. Ötən həftə özəlləşdirmə çekinin qiyməti 80 min köhnə manat (16 AZN) təşkil edib.

Xəbər lenti

Xəbər lenti