...

Unibank-ın kredit portfelinin artim templəri proqnoz göstəricilərini qabaqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2006 16:44 (UTC +04:00)

UniBank kredit portfelinin artımının proqnoz göstəricisini artıqlaması ilə yerinə yetirib. Beləliklə, artıq 2006-cı ilin noyabr ayının 1-nə kredit portfelinin həcmi üzrə ilin sonu üçün müəyyən edilmiş planlar yerinə yetirilib. Bu zaman ilin əvvəli ilə müqayisədə Bankın kredit portfelinin ümumi həcmi 78,4%, 2005-ci ilin noyabr ayının 1-i ilə müqayisədə isə praktiki olaraq iki dəfə - 91,9% artıb. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

"Kredit fəaliyyəti istənilən bank biznesinin inkişafının əsas istiqamətlərindən biridir. Bununla əlaqədar UniBank-ın kredit portfelinin artımının yüksək templəri - ciddi düşünülmüş kredit siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsidir", - deyə UniBank İdarə Heyətinin sədri Faiq Hüseynov qeyd edib.

Bununla yanaşı, təqdirəlayiq haldır ki, UniBank-ın kredit portfelinin artım templəri bütövlükdə ölkə üzrə orta göstəricini qabaqlayır. Belə ki, cari ilin 9 ayı ərzində UniBank-ın kredit portfeli 70,5% artıb, bu isə həmin göstəricinin ümumiyyətlə ölkə üzrə artımını (39,8%), demək olar ki, iki dəfə qabaqlayır.

Bütövlükdə isə, 2006-cı ilin oktyabr ayının 1-ə UniBank-ın kredit portfeli 2005-ci ilin üçüncü rübü ilə müqayisədə 94,6% artıb ki, bu da respublika üzrə kredit portfelinin artım göstəricisindən bir yarım dəfə çoxdur.

"Bu gün bizim Bank artıq özünün etibarlı kreditor nüfuzunu möhkəmləndirib, konkret olaraq, 2005-ci ilin nəticələrinə görə UniBank ölkənin bütün özəl bankları arasında ən iri kredit portfelinə malik olub. Hazırda biz həm də fəal kredit siyasətinin həyata keçirilməsini davam etdiririk", - deyə F.Hüseynov qeyd edib.

Ökənin özəl banklarının ümumi kredit portfelində UniBank-ın kredit portfelinin payı 7,5% təşkil edir. Ölkənin bank bazarının liderlərindən biri olmaq etibarı ilə UniBank həm də ölkənin özəl banklarının kredit portfelinin 2005-ci ilin oktyabr ayının 1-i ilə müqayisədə 50,3% təşkil edən artım göstəricisini də praktiki olaraq iki dəfə qabaqlayır.

"UniBank-ın kredit siyasətinin prioritet istiqamətlərindən biri - xırda və orta sahibkarlığın, qeyri-neft sektoru layihələrinin maliyyələşdirilməsidir. Bundan başqa, kredit məhsullarının spektrini genişləndirərək və pərakəndə krediti stimullaşdıraraq, cari ilin iyul ayında UniBank KB yeni AL Kart məhsulunu -hazırda da müvəffəqiyyətlə həyata keçirilən, istənilən məqsədlər üçün nəzərdə tutulmuş kredit kartını təqdim edib", - deyə F.Hüseynov qeyd edib.

Xəbər lenti

Xəbər lenti