...

Azərbaycanda 2007-ci il üçün aqrar istehsalat üçün hazırlıqlar aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2006 19:15 (UTC +04:00)

Azərbaycanın regionlarında 2007-ci il üçün kənd təsərrüfatı məhsullarının istehsalı üzrə işlər aparılır. Belə ki, regionlarda payız əkini üçün artıq 494,2 min hektar sahə şumlanıb. Dövlət Statistika Komitəsinə istinadən Trend məlumat verir ki, kənd təsərrüfatı bitkilərinin əkini üçün işlər aparılır. 278,3 min hektar ərazidə artıq payız taxılı əkilib. Onlardan 271,5 min hektarı arpa və buğdanın payına düşür.

Əkinlə yanaşı regionlarda yığın işləri də davam etdirilib. Tərəvəz yığınının ümumi həcmi 1132,1 min ton, meyvənin 488,1 min ton, kartofun 935 min ton, bostan bitkilərinin 354,6 min ton, üzümün 77,7 min ton təşkil edir.

Yanvar-oktyabr ərzində ət istehsalı 2005-ci ilin həmin mərhələsi ilə müqayisədə 2,4% çox olmaqla 224,1 min ton, süd istehsalı 3,8% çox olmaqla 1101,2 min ton həcmdə həyata keçirilib. Ölkənin taxta-şalban və balıqçılıq müəssisələri tərəfindən müvafiq olaraq 625,6 min manat və 75,3 min manat həcmində məhsul istehsal olunub.

Xəbər lenti

Xəbər lenti