Dekabrın 12-13-ü Moskvada Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhətçi Şurasının XIX iclası keçiriləcək. Trend MDB-nin İcraiyə Komitəsinə istinadən xəbər verir.
Birliyə üzv dövlətlərin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi nazirliklərinin rəhbərləri bu sferada əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək. İclasda Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun təmsil edəcəyi gözlənilir.
Dekabrın 11-12-də Məsləhətçi Şuranın iclası ərəfəsində Moskvada "Rusiya və yaxın xaricdə iqtisadiyyatda mədəni miqrasiyanın rolunun artması: effektiv miqrasiya infrastrukturunun formalaşdırılması" mövzusunda beynəlxalq konfrans keçiriləcək.