...

KapitalBank kart emissiyasının həcminə görə ikinci mövqeyi tutub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2006 15:24 (UTC +04:00)

Kapital Bank hazırda plastik kartların buraxılış həcminə görə ikinci yeri tutur və ölkənin kart biznesinin 27%-i bu bankın payına düşür. Trend Kapital Bankın idarə heyətinin sədri Rauf Rzayevə istinadən xəbər verir ki, Mastercard və Visa International beynəlxalq ödəniş sistemlərinin emissiyalarının həcmi 472 min karta çatıb.

Həm də bankın kart buraxılışı üzrə xeyli artımı bu il ərzində baş verib, belə ki, 2005-ci ilin əvvəlində Kapital Bank tərəfindən emissiya edilmiş kartların sayı 11 min idi.

Bu, təqaüd layihəsi, əmək haqqı, kreditlərin verilməsi üzrə layihələrin reallaşdırılması nəticəsində baş verib. Bank həmçinin məcbüri köçkünlərə müavinətləri kartlar vasitəsilə verməyə başlayıb. Bu sosial layihə çərçivəsində bank tərəfindən təxminən 0,5 mln. kartın (hər ailəyə 1 kart) buraxılması nəzərdə tutulub.

Paralel şəkildə çip texnologiyasına keçid üzrə iş görülür. R.Rzayevin sözlərinə görə, Visa sisteminin çip kartlarının buraxılması üçün sertifikatlaşdırılma prosesi artıq başa çatıb. O hesab edir ki, çip kartlar üzrə infrastrukturun genişləndirilməsi yalnız korporativ deyil, həm də özəl sektordan asılıdır. "Bu gün kartlar üzrə hesablamaların 98,5%-i bankomatlar vasitəsilə həyata keçirilir, yəni onlardan hələ də pərakəndə xidmətlər üçün istifadə olunmur. Dünya praktikasında bu, cəfəngiyatdır. Ölkə əhalisi dərhal kartdakı bütün pulları götürməyə çalışır, halbuki ticarət obyektlərində, xidmət sahəsində onların vasitəsilə ödəmə aparmaq imkanı var", - deyə bankın başçısı bildirib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi ilə razılaşma var və ticarət və xidmət obyektlərində POS-terminalların quraşdırılması üzrə işçi qrupu yaradılıb. Halbuki monitorinqin nəticələri göstərdi ki, bankomatlara böyük tələbat var. Əhalinin sosial müdafiəsi Dövlət fondu tərəfindən hazırda sosial (təqaüd) kartların dövriyyəsini təmin etmək üçün ölkənin böyük ərazi yaşayış məntəqələrində bankomatların quraşdırılması üzrə işlər görülür. Bölgələrdə 40 ədəd bankomat tələb olunur.

Hazırda Kapital Bank 300-dən artıq POS-terminala və 190 bankomata malikdir.

Xəbər lenti

Xəbər lenti