...

Azərbaycan Dövlət Gömrük Komitəsi MDB ilə ticarət əməliyyatlarının həcmini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2006 13:52 (UTC +04:00)

2006-cı ilin yanvar-oktyabr aylarında MDB dövlətlərindən Azərbaycana $1664966,7 min həcmində mal gətirilib ki, bu da ölkənin ümumi idxalının 39,54%-ni təşkil edir. Dövlət Gömrük Komitəsinə istinadən Trend -in məlumatına görə, Azərbaycanın MDB-yə ixrac etdiyi malların dəyəri $720079 min təşkil edib (ümumi ixracın 13,82%-i). MDB dövlətləri ilə idxal-ixrac əməliyyatları üzrə $944887,7 min məbləğində mənfi saldo yaranıb.

MDB ölkələrinə əsasən neft məhsulları, kimyəvi maddələr, heyvani və bitki yağları ixrac olunub, MDB-dən Azərbaycana əsasən avadanlıq, quru nəqliyyat vasitələri, taxıl bitkiləri, elektrik cihazları, müxtəlif avadanlıqlar və s. idxal olunub.

MDB-dən Azərbaycana mineral yanacaq, taxıl bitkiləri, avadanlıq, mexaniki qurğular, qara metallurgiya məmulatları və s. gətirilib.

Xəbər lenti

Xəbər lenti