Avropa Qonşuluq proqramı üzrə Azərbaycan Milli Planı çərçivəsində Avropa İnvestisiya Bankının fəaliyyəti Azərbaycana da şamil ediləcək. "Bu, ən mühüm məqamdır", - deyə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend ə bildirib.
Onun sözlərinə görə, bu bankın ölkədə iştirak forması hələ müəyyən olunmayıb. Ancaq Avropa İnvestisiya Bankının investisiya layihələrinə cəlb olunması gözlənilir. Gələcək müzakirələrin mövzusu bankın Azərbaycanda iştirak həcmi və forması ilə bağlıdır", - deyə nazir hesab edir.
AİB-in fəaliyyətinin genişləndirilməsi əsasən 2006-cı il noyabrın əvvəlində AB ilə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında memorandum çərçivəsində nəzərdə tutulur.
Memorandum AR və AB enerji bazarlarının yaxınlaşdırılmasını, enerji sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, islahatlar aparılması, enerji təminatı və tranzit sistemlərin təhlükəsizliyinin gücləndirilməsi, enerjiyə qənaət üzrə tədbirləri və texniki əməkdaşlığı nəzərdə tutur.