...

Azərbaycan Dövlət baytarlıq xidməti: İribuynuzlu mal-qaranın kütləvi tələf olması haqqında şayiələr həqiqətə uyğun deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2006 16:44 (UTC +04:00)

Noyabrın 20 və 22-də Bərdə rayonu Qaratəpə kəndində heyvanlar arasında xəstəlik hallarının olması ilə bağlı yayılmış məlumat həqiqətə uyğun deyil. Bu barədə Trend ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət baytarlıq xidmətinin mətbuat xidmətinin başçısı Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, bu kənddə nə quşlar, nə də iribuynuzlu mal-qara arasında kütləvi tələf olma halları qeydə alınmayıb.

"Bu rayonun ərazisində baytarlıq xidmətinin mütəxəssisləri və BMT Ərzaq və kənd təsərrüfatı təşkilatının mütəxəssisi tərəfindən araşdırmalar aparılıb", - deyə o bildirib.

Bu araşdırmalar göstərdi ki, bir iribuynuzlu malın və 3-4 ev quşunun tələf olmasının səbəbi zəhərlənmə və pasterilioz (qaraciyər xəstəliyi) olub.

Baytarlıq xidməti bu günlərdə son monitorinqin yekunlarını açıqlayıb. Ona əsasən Azərbaycanda "quş qripi" virusu yoxdur.

Virusun ölkəyə daxil olmasının qarşısını almaq üçün ölkənin baytar sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyirlər, ölkədə vəhşi quşların ovu, satışı və istifadəsi və virusa yoluxma hallarının qeyd olunduğu ölkələrdən quş məhsullarının gətirilməsinə qoyulan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti