...

Azərbaycanın təmsilçiləri MEDEF İnternationalla əməkdaşlıq perspektivlərini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2006 20:47 (UTC +04:00)
Azərbaycanın təmsilçiləri MEDEF İnternationalla əməkdaşlıq perspektivlərini müzakirə edib

Bu gün Azərbaycanın Yanacaq və Sənaye Nazirliyində Fransa Sahibkarlar Birliyinin Mərkəzi Asiya və Qafqaz üzrə komitəsi üzvləri ilə görüş keçirilib. Bu barədə Trend xəbər verir.

Sənaye və Energetika nazirinin müavini Gülməmməd Cavadovun öz çıxışında qeyd etdiyi kimi, hazırda Azərbaycan energetika sahəsində qabaqcıl texnologiyalarla, enerjinin ekoloji təmiz aliernativ mənbələri, tikinti materialları və avadanlıqlarla maraqlanır.

"Bu gün respublikada 1300-ə yaxın müəssisə özəlləşdirilib. Bu proses davam edir" - o deyib.

Azərbaycan və Fransa arasında əməkdaşlığın nisbətən pespektivli artımı elektroenergetika, maşınqayırma, yüngül sənaye, kənd təssərrüfatı, yeyinti sənayesi, əlvan metallurgiya sahəsində müşahidə olunur.

Fransız şirkətləri energetika sektoru, qismən qazla əməliyyatlar, elektroenergetika, istilik energisi və istilik təhcizatı sahəsinə maraqlarını ifadə edib.

Azərbaycanın təmsilçilərinin dediyinə görə, onlar fransız şirkətlərindən konkret təkliflər gözləyir. Dialoq yanvarın 8-9-da Fransada keçiriləcək birgə hökumətlərarası iqtisadi komissiyasının iclasında davam etdirilə bilər.

Xəbər lenti

Xəbər lenti