...

Dövlət Gömrük Komitəsinin başçısı: Azərbaycanda minik avtomobillərinin idxalı aşağı düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 15:47 (UTC +04:00)

Dekabrın 15-dən sonra ölkəyə minik avtomobillərinin gətirilməsi üçün gömrük rüsumlarının dayandırılacağı və bunun üçün icazənin yalnız gələn il veriləcəyi barədə əsassız informasiya ilə bağlı əhali arasında ajiotaj yaranıb. Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin başçısı Aydın Əliyev məlumat verib.

O qeyd edib ki, ötən illə müqayisədə son 10 ay ərzində Azərbaycana minik avtomobillərinin 4% az gətirilməsinə baxmayaraq, eyni zamanda minik avtomobillərinin gətirilməsinə görə rüsumun kütləvi şəkildə ödənilməsi artıb. A.Əliyev qeyd edib ki, Avtonəqliyyat gömrük idarəsinin əməkdaşları növbənin yaranmaması üçün növbə ilə işləməyə məcburdurlar.

Avtomobillərdən istifadə üzrə rüsumun müəyyən edilməsinə gəlincə, A.Əliyev qeyd edib ki, bu məsələyə dair xüsusi idarə yaradılıb, ora ekspertlər cəlb olunub və onlar rüsumun məbləğini müəyyən edəcəklər.

Sərhəddə korrupsiya ilə mübarizə ilə bağlı suala cavab verən nazir əlavə edib ki, təxminən 2 ildir ki, bütün nəzarət-buraxılış məntəqələrində xüsusi tablolar quraşdırılıb və şikayəti olanlar göstərilmiş ünvanlara müraciət edə bilərlər. A.Əliyev bu fakt üzrə cəzalandırılan əməkdaşların dəqiq sayını deməyib və bildirib ki, bəzi faktlar prokurorluq orqanlarına təqdim olunublar.

Xəbər lenti

Xəbər lenti