...

Bakıda mühasibat uçotu və auditi standartlarının tətbiqinin qiymətləndirilməsi üzrə DB-nin hesabatının təqdimatı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2006 11:08 (UTC +04:00)

Trend məlumat verir ki, bu gün Bakıda Dünya Bankı Azərbaycanda mühasibat uçotu və auditi sahəsində norma və standartların yerinə yetirilməsi ilə bağlı hesabatın təqdimatını keçirib. Hesabatı DB-də maliyyə idarəsi üzrə menecer Con Xeqarti və Avropa və Mərkəzi Asiya regionunda maliyyə idarəsi üzrə mütəxəssis Con Xuper təqdim edib.

Tədqiqatın aparılmasında əsas məqsəd mühasibat uçotu və auditi sahəsində qayda və faktiki təcrübənin beynəlxalq standart və təcrübəyə uyğun olaraq qiymətləndirilməsi, mövcud olan boşluq və qeyri-uyğunluqların aşkar edilməsi və aradan qaldırılması, eləcə də güclü korporativ maliyyə hesabatı üzrə mühitin yaradılması olub.

Həmin hesabatın hazırlanması zamanı DB ölkənin Maliyyə Nazirliyi və digər əsas tərəflərlə sıx əməkdaşlıq aparıb.

Hesabatda faktiki situasiya və tövsiyələrlə yanaşı, ölkədə maliyyə sabitliyinin təmin edilməsi və özəl sektorun inkişaf etdirilməsi məqsədilə gələcəkdə yüksək keyfiyyətli maliyyə hesmabatı üzrə mühitin yaradılması ilə bağlı Maliyyə Nazirliyi və DB-nin birgə təşəbbüsləri də müəyyən edilib.

Con Xuperin sözlərinə görə, Azərbaycanın qlobal inteqrasiyası ilə bağlı qlobal maliyyə bazarlarına çıxmaq üçün əsas şərt şəffaflığın artırılmasıdır.

O hesab edir ki, 2004-cü ildə "Mühasibat uçotu haqqında" qəbul olunmuş yeni qanun Avropa qanunlarına çox uyğundur. Ölkənin bank sektorunda MHBS-yə keçid istiqamətində irəliləyişlər qeyd olunub.

Xəbər lenti

Xəbər lenti