...

BBVB-nin 2007-ci il üçün planlarına yeni texnologiyalar birjasının ticarət-hesablama kompleksinə miqrasiya daxildir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2006 17:40 (UTC +04:00)

Bakı banklararası valyuta birjası (BBVB) 2007-ci ildə proqram texniki vəsaitlərin (server kompleksi, PT) dərindən təkmilləşdirilməsinin həyata keçirilməsi planlarını açıqlayıb. Trend BBVB müdiri Fərhad Əmirbəyova istinadən xəbər verir ki, artıq yeni ticarət-hesablama sisteminin prototipi əldə olunub və onun 2007-ci ilin ikinci rübündə tətbiq ediləcəyi ehtimal olunur.

"Biz bütün ticarət-hesablama kompleksini, proqram təminatını və serverləri dəyişməliyik. Hazırda yeni texnologiyalara miqrasiya üzrə iş gedir, çünki indi birjada istifadə olunanlar əsasən 1996-97-ci illərdə alınıb. Təxminən 10 il keçib, serverlərin xidmət müddəti isə təqribən 6-7 ildir", - deyə F.Əmirbəyov qeyd edib.

Onun sözlərinə görə, proqram təminatı Moskvanın STETİ tərəfindən tədarük olunacaq. Əvvəllər o, MBİS-ə (Məlumat bazasının idarəetmə sistemi) əsaslanırdı, indi isə ORACLE olacaq, çünki həmin şirkət hazırda bu sahədə və ümumilikdə maliyyə bazarları üçün həllər sahəsində liderdir.

F.Əmirbəyov miqrasiyaya qoyulan sərmayələri açıqlamayıb, lakin qeyd edib ki, bu, BBVB-yə xeyli ucuz başa gələcək, istehsalat isə xeyli yüksələcək. Ən başlıcası açılış sistemi və modernləşdirmənin ucuz olmasıdır.

Xəbər lenti

Xəbər lenti