...

AYİB və "Bank of Baku" ASC bank müştərilərinin maliyyələşdirilməsi məqsədilə revolver kreditləşmə haqqinda saziş imzalayiblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 14:03 (UTC +04:00)

Dekabrın 8-i Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və "Bank of Baku" ASC bank müştərilərinin idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi məqsədilə 4 mln. ABŞ dolları həcmində revolver kreditləşmə haqqında saziş imzalayıblar. Bu barədə Trend Bank of Baku ASC-nin məlumatına istinadən xəbər verir.

Saziş banka ticarətin maliyyələşdirilməsi üzrə yerləşdirilməmiş kredit xəttinin qalan hissəsinin qısamüddətli kreditlərə (360 gün) yönəldilməsinə imkan yaradacaq.

2006-cı ilin sonunadək "Bank of Baku" və AYİB bankın iri korporativ müştərilərinin birgə maliyyələşdirilməsi məqsədilə 5 mln. ABŞ dolları həcmində növbəti sazişin imzalanmasını planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti