...

MDB dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi nazirləri Moskvaya toplaşacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2006 13:33 (UTC +04:00)

Dekabrın 12-13-də Moskvada MDB dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasının XIX iclasıv keçiriləcək. Bu barədə MDB-nin İcra komitəsinə istinadən Trend xəbər verir.

Birlik iştirakçısı olan dövlətlərin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə nazirliklərinin rəhbərləri bu sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. Azərbaycanı iclasda Əmək və Əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun təmsil etməsi gözlənilir. Dekabrın 12-13-də Moskvada Məsləhət Şurasının iclası ərəfəsində "Rusiyanın və yaxın xaricin iqtisadi inkişafında sivil əmək miqrasiyalarının rolunun artırılması: effektiv miqrasiya infrastrukturlarının formalaşması" Beynəlxalq Konfransı keçiriləcək. Konfransın işində Birlik ölkələrinin və Rusiya hökumətinin icra və qanunverici orqanlarının təmsilçiləri və başqa beynəlxalq və ictimai təşkilatlar, elmi cəmiyətlər, sahibkarlar iştirak edəcək. Konfransın gedişində MDB ərazisində əmək miqrasiyaları prosesinin nizama salınması hüquqi-normativ məsələlərinin, əmək miqrasiyası sahəsində dövlət əməkdaşlığı mexanizmininin inkişafı, miqrasiya infrastrukturunun formalaşması, Birlik ölkələrində əmək miqrantlarının leqallaşma səviyyəsinin qaldırılması məsələlərinin müzakirəsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti