...

Azərbaycanda pambıq istehsalı aşağı düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2006 14:28 (UTC +04:00)

Dekabrın əvvəlinə olan məlumata görə, Azərbaycanda 126 min ton pambıq yığılıb, bu isə 2005-ci ilin həmin dövrü ilə müqayisədə 70 min ton azdır. Bu barədə Trend ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məhsul yığımının azalmasının başlıca səbəbi 9,7 min hektardan az və ya 8,7% az ərazidə əkinin edilməsi, həmçinin yığım vaxtı havanın pis olmasıdır. Pambığın ümumi əkin sahəsi 103 min hektar təşkil edib.

Əsas pambıqçılıq rayonlarından olan Saatlıda yığılmış məhsulun həcmi 26 min tonu, Sabirabadda - 10 min tonu, İmişlidə - 11 min tonu, Bərdədə - 11,4 min tonu, Biləsuvarda - 10 min tonu keçib.

2005-ci ildə Azərbaycanda təxminən 200 min ton pambıq yığılıb və ən yüksək məhsul Bərdə, İmişli və Saatlıda müşahidə olunub. Burada ən yüksək məhsuldarlıq hər bir hektarda 20-dən 22,5 sentnerə qədər təşkil edib.

Azərbaycanda pambıq ölkənin 21 rayonunda, o cümlədən Salyan-Muğan, Qarabağ və Şirvan iqtisadi rayonlarında becərilir.

Xəbər lenti

Xəbər lenti