...

Əmrahbank nizamnamə kapitalını 4 mln. manat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2006 17:55 (UTC +04:00)

Qiymətli kağızlar üzrə Dövlət komitəsi "Əmrahbank" ASC-nin sadə adlı sənədsiz səhmlərinin emissiyasının prospektini qeydiyyatdan keçirib. Trend Bakı fond birjasının məlumatına istinadən xəbər verir ki, bir səhmin nominal dəyəri 100 AZN olmaqla, emissiyanın həcmi 4 mln. manat təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə fond birjasında açıq iltizam yolu ilə həyata keçiriləcək. Səhmlərin yerləşdirilməsinin anderrayteri rolunda "Azəriqazbank" səhmdar investisiya bankı çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti