...

Azərbaycanda tütün istehsalı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2006 13:46 (UTC +04:00)

Azərbaycanda tütün yarpaqlarının yığımı başa çatıb. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, tütün istehsalı 4,6 min ton təşkil edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 min ton azdır.

Bu il tütünün ümumi əkin sahəsi 1825 hektar təşkil edib. 2006-cı ildə tütün yarpaqlarının yığımı üzrə proqnoz 5 min ton həcmində müəyyənləşdirilib.

Azərbaycanda tütün yarpaqları əsasən Zaqatala, Şəki, Qax, Qəbələ və Balakənin daxil olduğu Şəki -Zaqatala iqtisadi rayonlarının ərazisində istehsal olunur.

Xəbər lenti

Xəbər lenti