...

Ukrayna istehsalçıları Azərbaycana avtobus ixrac edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2006 16:46 (UTC +04:00)

2006-cı ilin 11 ayı ərzində "Boqdan" 2 min 127 avtobus realizə edib. Onlardan 737-si eksporta göndərilib. Trend xəbər verir ki, həmin avtobuslar Azərbaycan, Rusiya, Belorus, Bolqarıstan, Qazıxıstan, Gürcüstan, Çexiya və b. ölkələrə ixrac edilib. İxrac edilən avtobusların ümumi satış həcmində payı 34,65 faiz təşkil edib.

Keçən ilin yanvar-noyabr ayları ərzində korporasiya tərəfindən 1 min 684 avtobus realizə edilib. Cari ildə 2005-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə satışda artım 26,31 faiz təşkil edib. Keçən il eksporta 421 avtobus göndərilib.

Avtobuslar iki istehsal meydanında - Çerkass və Lutskda istehsal edilib. Buraxılan avtobusların ümui sayında əsas pay A092 tipli kiçik avtobusların payına düşür.

"Boqan" korporasiyası Ukraynanın avtomobil bazarında nəhəng fiqurlardan biridir. Bu korporasiya VAZ, "Hyundaі", "Kіa" minik maşınları, bütün tip avtobuslar (ən kiçikdən tutmuş ən böyük avtobusa qədər), eləcə də yük maşınları istehsal edir.

Xəbər lenti

Xəbər lenti