...

Azərbaycanın İqtisadi araşdırmalar mərkəzi ünvanlı yardımın bir hissəsinin təbii şəkildə verilməsini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2006 17:46 (UTC +04:00)

İqtisadi araşdırmalar mərkəzi (İAM) OXFAM Novib beynəlxalq təşkilatının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ünvanlı sosial yardım verilməsi proqramının səmərəliliyini araşdırıb və müəyyən edib ki, əhalinin kasıb təbəqələrinə dövlət yardımının həcmini artırmaq və yardımın verilməsi üzərində ictimai nəzarəti gücləndirmək lazımdır.

İAM-in monitorinq qrupunun rəhbəri Rövşən Ağayevin Trend ə verdiyi xəbərə görə, "Dünya Bankının hesablamalarına görə, hesablamaların ən yaxşı üsulu ilə ünvanlı sosial yardımı yoxsulların 50-80%-i alır. Bəzi ölkələrdə bu göstərici yalnız 10-15%-dir. Bu o deməkdir ki, Azərbaycanda ünvanlı yardımların paylanması sistemi ölkənin bütün yoxsullarını təmin edə bilmir".

AİM-də hesab edirlər ki, dövlət yardımın verilməsi zamanı korrupsiyaya yol verməmək üçün yardımın bir hissəsinin təbii şəkildə verilməsi variantını nəzərdən keçirməlidir. ABŞ təcrübəsindən istifadə oluna bilər. Orada yoxsullar dövlətin hesabına pulsuz müalicə almaq imkanı əldə edirlər. İAM-in təklifləri Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Pensiya fondunda müzakirə edilib. AİM-in ekspertləri Azərbaycanın yardımın verilməsi təcrübəsini digər ölkələrdəki analoji sistemlərlə müqayisə edib. Məlum olub ki, Azərbaycan ünvanlı yardımı Ermənistan, Rusiya və Belarusiyadan sonra verməyə başlayıb. Qeyd edək ki, MDB çərçivəsində səmərəsiz sistem Belarusiyada, yoxsullara yardımın verilməsiinin ən yaxşı qaydaları isə Qazaxıstanda tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti