...

AZPROMO Azərbaycan şirələrinin Avropa bazarlarına çıxarılması üçün yollar axtarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2006 16:48 (UTC +04:00)

2007-ci ilin yanvarında Azərbaycanda İxracın və investisiyaların təşviqi fondunun (AZPROMO) təşəbbüsü ilə respublikada birinci meyvə şirələri ixracatçıları alyansı yaradılacaq və onun təqdimatı keçiriləcək. Bu barədə Trend ə ixracın təşviqi sahəsində marketinq üzrə menecer Teymur Tağıyev məlumat verib. Şirə istehsalçılarının səylərinin birləşdirilməsində başlıca məqsəd - şirə istehsalı sənayesində çoxdan mövcud olan problemlərin həllindən ibarətdir.

Onlardan biri standartlar texnologiyası problemidir, hazırda Azərbaycanda istehsalat müasir texnologiyalara riayət olunmadan həyata keçirilir və onlar müasir standartlara cavab vermir. "Biz yeni vahid Azərbaycan brendləri yaratmağa və konkret istehsalçıların şirələrini reklam etməməyə çalışırıq. Bu brendin öz keyfiyyət nişanı olacaq, əgər məhsul bu nişanla qeyd olunsa, o zaman onlar Avropa tələblərinə uyğun buraxılacaqlar. Azərbaycanda belə məhsulun çətin tapılmasının bir sıra səbəbləri var, lakin bu, istehsalçılarımızın səhlənkar olması demək deyil", - deyə T.Tağıyev qeyd edib.

Bu gün əsasən Azərbaycan məhsulu Rusiya bazarına ixrac olunur, lakin onların arasında 100%-lik şirə yoxdur. Ora su, şirin sirop əlavə olunur. Əsl problem bundan ibarətdir ki, meyvə şirələrinə sorbit-konservantlar əlavə olunur, Avropa tələblərinə görə isə bu, konservant qismində istifadə oluna bilməz. "Bu, texnologiya problemi ilə bağlıdır, çünki əlavə investisiyalar tələb olunur və onlar maliyyə planında deyil, texnologiya və bilik planında lazımdır. İxrac alyansı qarşısında məhz bu vəzifə - yeni texnologiyaların tətbiqi durur. Alyans həmçinin marketinq və Azərbaycan şirəsinin xarici bazarlarda mövqe tutması ilə məşğul olacaq", - deyə AZPROMO nümayəndəsi hesab edir.

Onun fikrincə, Azərbaycan təbii şəraitləri hesabına unikal meyvələrə (nar, feyxua, heyva) malikdir, müvafiq olaraq şirələrin buraxılması üçün təbii baza var. Ölkədə potensial istehsalat gücü var, lakin texnologiyalardan düzgün istifadə olunmur və istehsalçılar Rusiya bazarına yönəlirlər. "Bizim vəzifəmiz onları tədricən Avropa bazarlarına yönəltməkdən ibarətdir, belə ki, Avropa bazarlarında əldə olunan gəlir Rusiya ilə müqayisə edilməzdir, çünki Avropada şərtlər sərtdir. Mən hesab edirəm ki, ilyarım-bir il ərzində standarları dəyişmək və yeni texnologiyaları tətbiq etmək mümkün olacaq", - deyə T.Tağıyev hesab edir.

Hazırda artıq memorandum və bütün sənəd paketi hazırlanıb, eləcə də böyük şirə istehsalçıları ilə danışıqlar aparılıb. Yalnız alyansın fəaliyyətini tənzimləyən inzibati orqanla razılığa gəlmək lazımdır.

Xəbər lenti

Xəbər lenti