...

Bakı metropoliteninin rəhbəri 5 metro stansiyasının adını dəyişdirməyi təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2006 20:25 (UTC +04:00)

Bakı metropoliteninin rəisi Tağı Əhmədov metropolitenin 5 stansiyasının adını dəyişdirməyi təklif edir. Trendin verdiyi xəbərə görə, bu barədə o, dekabrın 22-də mətbuat konfransında bəyanat verib.

Metropolitenin rəisi aşağıdakı stansiyaların adının dəyişdirilməsini təklif edir: "Baksovet", "Ulduz", "Elmlər Akademiyası", "İnşaatçılar" və "Bakmil". Müvafiq olaraq "İçərişəhər", "Çingiz Babayev", "Hüseyn Cavid", "Üzeyir Hacıbəyov". "Bakmil" stansiyasının Azərbaycan generallarının adı ilə Mehmandarov, Naxçıvansi və ya Şıxlinski adlandırılmasını təklif edib.

Yeni stansiya adları ölkənin məhşur ziyalılarının təmsil olunduğu xüsusi komissiya ilə razılaşdırılıb.

Zərifə Əliyeva adına göz xəstəlikləri institutunun yaxınlığında 2007-ci ildə açılması planlaşdırılan yeni metro stansiyasını elə onun adı ilə adlandırmaq nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti