...

"O`GRAE" şirkəti "Intellekt-2006" mükafatını alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2006 12:14 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycanda tanınmış olan "O`GRAE" şirkəti İqtisadiyyat nominasiyasında "Intellekt-2006" mükafatı qazanıb.

"O`GRAE" Azərbaycan məhsullarının Avropa və Rusiya bazarlarına realizəsi ilə məşğul olur. Şirkət ekzotik şirələr istehsalçısı və satıcıları arasında liderlərdən biridir. Şirkətin brendi yalnız Rusiyada deyil, xaricdə də tanınır. "O`GRAE" şirkətinin təsisçisi və rəhbəri Zeynulla Qurbanovdur.

"Intellekt" mükfatı 2004-cü ildə "IT Magazine" jurnalı ilə birgə Azərbaycan layihələrini idarə assosiasiyası (AzPMA) tərəfindən təsis edilib. Bu mükafat milli iqtisadiyyatın müxtəlif istiqamətlərində uğurlu layihələrin realizəsi üçün təqdim edilir. Mükafat laureatların fəaliyyətinin tanınmasına və ictimaiyyət, iş adamları arasında nüfuzunun yüksəlməsinə səbəb olur.

"O`GRAE" şirkəti "Intellekt-2006" mükafatını dekabrın 23-də təşkil olunmuş təntənəli təqdimetmə mərasimində alıb.

Xəbər lenti

Xəbər lenti