...

Det.Al Limited öz müəssisələri üçün əməkdaş toplayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2006 18:48 (UTC +04:00)

Det.Al Limited şirkəti öz müəssisələri üçün əməkdaş toplayır. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı şirkətin keyfiyyət və təhsil sistemi departamentinin direktoru Feyza Köseoğlu məlumat verib.

Onun sözlərinə görə, bu prosedur bir neçə mərhələdə həyata keçirilir. Birincisi- İQ (İntelligence quotient) və texniki bilik üçün testdir, ikinci mərhələ - artıq testdən keçmiş şəxslərlə müsahibələrin və görüşlərin keçirilməsidir. Sonra artıq bəzi müzakirələrdən sonra işə qəbul üçün uyğun şəxslər müəyyən olunur. İşə qəbuldan sonra onlar işə dərhal başlamırlar, belə ki, öz biliklərinin təkmilləşdirilməsi üçün müəyyən tədris kursu keçirlər.

"Əməkdaş yığımı üçün 2007-ci ildə artıq Bakı və Gəncənin 8 universiteti üzrə test imtahanları keçirilib. Testlərdə 400 nəfər iştirak edib, onlardan yalnız 170 nəfəri növbəti mərhələyə keçə bilib. Ayın sonunadək həmçinin onlarla müsahibə aparılacaq və bizim müəssisələrdə kimin işləyəcəyi müəyyən olunacaq", - deyə departament başçısı qeyd edib.

F.Köseoğlu bildirib ki, kadrların ixtisasının artırılması məqsədilə Det.Al Limited 2007-ci ildə öz təhsil mərkəzini açacaq.

Şirkət nümayəndəsinin sözlərinə görə, metallurgiya, kimya sahəsi, tikinti və maşınqayırma mühəndislərinə böyük tələbat var.

Xəbər lenti

Xəbər lenti