...

Rəqabət Məcəlləsi müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2006 18:29 (UTC +04:00)

Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının dekabrın 27-də keçirilən iclasında Rəqabət Məcəlləsi müzakirə olunub. Trend in məlumatına görə, qanun layihəsi haqqında İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri, deputat Ziyad Səmədzadə məlumat verib.

O bildirib ki, Rəqabət Məcəlləsinin hazırlanmasında məqsəd iqtisadiyyatın səmərəli inkişafının təmin olunması, bazar münasibətləri əsasında azad sahibkarlığa əlverişli şəraitin yaradılmasını təmin etməkdir.

Qanunda inhisarçılığın və haqsız rəqabətin qarşısının alınması, istehlakçılara əmtəə seçmək şəraitinin yaradılması, istehlakçıların işgüzar fəaliyyətindən sui-istifadənin müdafiəsi, haqsız reklam metodlarının qarşısının alınması, milli sahibkarlara dünya bazarlarında iştirakda kömək etmək edilməsi, xarici rəqabətin Azərbaycan daxilində yaratdığı rəqabətin rolunun artırılmasından ibarətdir.

Rəqabət Məcəlləsi 3 qanun və 6 normativ akt əsasında yaradılıb. Qanunda icra hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının fəaliyyəti, təbii inhisar və maliyyə xidmətlərinin bazarda rəqabəti qoruması, sahibkarlıq fəaliyyəti və haqsız rəqabətin formaları, istehlakçı hüquqlarının müdafiəsi kimi məsələlər qanunda öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti