...

2007-ci ildən Azərbaycanda istehsal olunmuş minik maşınları və müxtəlif təyinatlı yaxtalara aksiz vergisi qoyulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2006 18:34 (UTC +04:00)

Azərbaycan Nazirlər Kabineti ay ərzində Azərböaycan ərazisində istehsal olunmuş minik maşınlarına və idman və istirahət üçün nəzərdə tutulmuş yaxtalara, həmçinin su idmanı vasitələrinə aksiz vergisi müəyyən edəcək. Trend in verdiyi xəbərə görə, bu nəqliyyat vasitələrinə aksiz tətbiq olunması 2007-ci il yanvarın 1-dən idxal olunan analoji məhsullara aksiz vergisi qoyulması qərarının qəbul olunması ilə bağlıdır.

2007-ci ildən Azərbaycan idxal olunan avtomobillərə aksiz yıvğılması təbəqələşmiş sistemini qəbul edəcək. Mühərrik həcmi 2 min kub sm-dək olan avtonəqliyyat vasitələrinə vergi qoyuluşu hər kub sm-ə 0,15 manat təşkil edəcək. Mühərrik həcmi 3 min kub sm. -dək olan avtonəqliyyat vasitələrinə vergi qoyuluşu hər kub sm-ə 300 manat, 2 kub sm-dən yuxarı isə +1 manat təşkil edəcək. 4 min kub sm.-dən böyük həcmli avtonəqliyyat vasitələrinə isə vergi qoyuluşu hər kub sm-ə 3300 manat,+4 manat isə 4min kub. sm-dən yuxarı avtonəqliyyat vasitələrinə tətbiq olunacaq.

2007-ci il büdcəsi üçün idxal olunan yaxtalara və avtomobillərə aksiz yığılmasından Avtoyol fonduna mədaxillər 35 mln. manat səviyyəsində nəzərdə tutulub. İndiyə qədər aksiz altında olan mallara neft məhsulları, alkoqol və tütün məmulatları aid edilib. Avtonəqliyyat vasitələrinə aksiz vergisi yığılması barədə qərar dövlət başçısının Nazirlər Kabinetinin 2006-cı yarımilin yekunlarına həsr olunmuş müşavirəsində verdiyi göstərişlərlə bağlıdır. O, bahalı əmlaka vergiqoyma sisteminə yenidən baxış barədə məsələ qoyub. Baxmayaraq ki, 2007-ci ildə əmlaka vergilərə dəyişikliklər gözlənilmir, bahalı avtomaşınlardan dövlət büdcəsinə daha çox vergi yığılacaq.

Xəbər lenti

Xəbər lenti