...

Bakıya qəza enişi etmiş Boeing-757 təyyarəsinin sərnişinləri bu gün Bratislavaya yola salınacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2007 11:37 (UTC +04:00)

Dünən Heydər Əliyev adına beynəlxalq aeroporta enməyə məcbur olmuş "Air Slovakia" aviaşirkətinə məxsus "Boeing-757" təyyarəsinin bütün 170 sərnişini bu gün təyanat məntəqəsinə göndərilməlidir. Bu barədə Trend ə AZAL-dan bildiriblər.

"Boeing-757" təyyarəsi Dehli-Bratislava marşrutu ilə uçurmuş.

Sərnişinləri Bratislavadan göndərilmiş təyyarə bu gün aparmalıdır.

AZAL-dan bildiriblər: "Bütün sərnişinlər beynəlxalq qaydalara uyğun olaraq Bakı aeroportunun tranzit zonasında yerləşdirilib".

Təyyarənin Bakıya məcburi enməsinin səbəbi onun ön şüşəsindəki çat olub.

AZAL nümaynədəsinin sözlərinə görə, təyyarənin təmiri Bakıda həyata keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti