...

Azərbaycan Dəmir Yolu İdarəsi yenə tariflər məsələsini qaldıra bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2007 15:06 (UTC +04:00)

Çərşənbə axşamı - yanvarın 9-da Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində kollegiya keçiriləcək. Bu idarədən Trend ə bildiriblər ki, bu iclasda respublikanın daxili bazarında elektrik enerjisi və dizel yanacağının satış qiymətinin qalxması ilə əlaqədar tariflərin qaldırılması ilə bağlı təkliflər haqqında məsələyə baxıla bilər.

Keçən ilin yanvar ayında dizel yanacağı və mazutun tariflərinin artması ilə bağlı dəmir yolu idarəsi artıq tariflərin artırılması təklifi ilə çıxış edib. Lakin Tarif Şurası bununla əlaqədar qərar verməyib.

ADDY-dan bildiriblər: "Hazırkı tarif artımı ilə bağlı idarə bir daha bu məsələni qaldıra bilər".

Azərbaycanın Tarif Şurası keçən həftənin sonunda enerji daşıyıcıları ilə bağlı yeni tariflərin tətbiq edilməsi barədə qərar qəbul edib. Şuranın qərarı ilə A-95 markalı avtomobil benzinin qiyməti 60 qəpiyə, A-92 və A-80 markalı benzin - 55 qəpiyə, dizel yanacağı - 45 qəpiyə çatdırılıb.

1 kVt/s elektrik enerjisinin qiyməti 6 qəpiyə qədər yüksələcək.

Xəbər lenti

Xəbər lenti