...

"Penitensiar sistemdən azad olunan şəxslərin sosial adaptasiyası haqqında" qanun qəbul ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2007 12:35 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasında "Penitensiar sistemdən azad olunan şəxslərin sosial adaptasiyası haqqında" qanun qəbul ediləcək. Bu barədə Trend ə açıqlamasında Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, adıçəkilən qanun həbsxanalardan azad olunan şəxslərin cəmiyyətə adaptasiyasını nəzərdə tutur: "Bu qanun hökumətin, cəmiyyətin və həbsxanadan azad olunan şəxslərin münasibətlərini tənzimləyəcək. Biz çalışırıq ki, penitensiar sistemdən azad olunan insanlar yenidən ora qayıtmasınlar."

Millət vəkili qeyd edib ki, statistik məlumatlar onu göstərir ki, həbsxanadan çıxan şəxslərin 30 faizi cinayət törədərək yenidən ora dönürlər.

"Bu isə mənfi haldır. Deməli, məhkumlar həbsxanada islah olunmurlar, cəmiyyət onları qəbul etmir və yenidən həbsxanaya düşürlər" - deyə Hadı Rəcəbli bildirib.

O vurğulayıb ki, hazırda qanun layihəsi üzərində iş aparılır.

Xəbər lenti

Xəbər lenti