...

Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirlərinin görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2007 20:54 (UTC +04:00)

Cümə günü Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirlərinin Qars-Axalkalaki-Bakı dəmiryolu layihəsi ilə bağlı görüşü keçiriləcək. Bu barədə Trend in xüsusi müxbirinə Gürcüstanın İqtisadiyyat nazirliyindən xəbər veriblər.

İclasın sonunda layihənin həyata keçirilməsi barədə üçtərəfli sənədin, həmçinin, Gürcüstanın Azərbaycan və Türkiyə ilə vəsait ayrılması üçün kredit razılaşması imzalayacağı gözlənilir.

2006-cı ilin 13 oktyabrında Bakıda Qars-Axalkalaki-Bakı layihəsinin həyata keçirilməsi üzrə üçtərəfli işçi qrupun keçirdiyi iclasda Azərbaycan, Türkiyə və Gürcüstan arasında kredit razılaşması və dəmiryolu tikintisi üçün sahə ayrılması barədə Gürcüstan tərəfin öhdəlikləri sazişi layihəsi nəzərdən keçirilib. Layihə 422 mln. dolar məbləğində, infrastrukturun hesablanması ilə isə 600 mln dollar qiymətləndirilir.

ABŞ administrasiyası amerikan şirkətlərinə layihənin maliyyələşməsində iştirak etməyi qadağan edib. Qars-Axalkalaki-Bakı dəmiryolu xətti tikintisi layihəsi üzrə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli deklarasiyası 2005-ci ilin mayında Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri arasında imzalanıb.

Xəbər lenti

Xəbər lenti